Çərşənbə axşamı, 14 May

"Qarabağ" - "Qalatasaray": Bilet qiymətləri məlum oldu

image

“Qarabağ” martın 26-da Türkiyənin “Qalatasaray” klubuna qarşı yoldaşlıq oyunu keçirəcək. Matç üçün biletlərin nə vaxt satışa çıxarılacağı bəlli olmasa da, qiymətlər artıq məlumdur. 

Xəbər verilir ki, ən ucuz bilet 3 manata satılacaq.

Qarşılaşmanı VIP tribunadan izləmək istəyənlər isə 100 manatlarından keçməli olacaqlar. Bundan başqa sektorlar üzrə 5, 30 və 50 manatlıq biletlər satışa çıxarılacaq.

“Qarabağ” - “Qalatasaray” qarşılaşması Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Rəsmi açıqlama verilməsə də, matçın martın 26-da saat 20:00-da start götürəcəyi məlumdur. Görüşdən əldə ediləcək məbləğ Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım fonduna köçürüləcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00